Yol qəzasında yaralanan Sumqayıt sakini xəstəxanada ölüb. Bu haqda 13 noyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə oktyabrın 31-də Kürdəmir rayonunda baş verib. Avtoqəza nəticəsində yaralanan sürücülərdən biri, Sumqayıt şəhər sakini, 26 yaşlı Sənan Kərimov ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.