Qubada qəzaya düşən kişi 10 gün sonra Sumqayıtda vəfat edib. Sumqayıt24 bu haqda 17 oktyabr tarixində ShimalNews-a istinadən xəbər verir.
Alekseyevka qəsəbəsində “Opel” markalı avtomobil ağaca çarpılmışdı. Nəticədə sərnişinlər – 51 yaşlı Xalidə Eldarova və 22 yaşlı Gültəkin Mirzəyeva xəsarətlər almış, 42 yaşlı sürücü Pərviz Hüseynov isə maşında sıxılıb qalmışdı.
Sürücü ağır xəsarətlərlə Sumqayıt Təcili Tibbi yardım xəstəxanasına çatdırılmışdı. Lakin həkimlərin səylərinə baxmayaraq, o, dünən səhər saatlarında xəstəxanada ölüb.