Sumqayıtda sərnişin avtobusu qəzaya uğrayıb. Sumqayıt24 bu haqda 17 iyul tarixində xəbər verir.
Hadisə iyulun 16-da 42-ci məhəllə ərazisində baş verib. Şahidlərin sözlərinə görə, işıqforun qırmızı işığında keçən “Hyundai” markalı avtomobil 33 nömrəli marşrut xəttinin avtobusuna çarpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.