Sumqayıt şəhərində “İlk yardım” üzrə təlim keçirilib. Bu barədə 12 avqust tarixində QAC Sumqayıt şəhər bölməsinə istinadən məlumat veririk.
Maarifləndirici təlim Qızıl Aypara Cəmiyyəti və Gənclər evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə təlimatçı Lalə Cəlilzadə açaraq dinləyiciləri salamlayıb, təlimin vacibliyi haqqında bəhs edib. Daha sonra Fövqəladə Mobil Könüllü Dəstənin bir qrup üzvü iştirakçılara, huşsuz nəfəs alan və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verib və praktiki olaraq göstərib. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.