1 nömrəli məktəbdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” mövzusunda yayım sessiyası baş tutub. Sumqayıt24 bu haqda 28 oktyabr tarixində xəbər verir.
Tədbir Az.QAC-nin Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin (FMKD) üzvləri tərəfindən təşkil olunub. Könüllülər şagirdlərə hərəkatın tarixi, əsas prinsipləri və emblemləri, həmçinin Az.QAC və onun fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
Sessiya şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.