Sumqayıtda qonşuların davası intihara cəhdlə bitib. Sumqayıt24 bu haqda 6 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə noyabrın 5-də 42-ci məhəllədə baş verib. Belə ki, şəhər sakinləri - 43 yaşlı Tünzalə Ağamalıyeva və qonşusu, 43 yaşlı Aytəkin Bayramova münaqişə ediblər.
Nəticədə Tünzalə Ağamalıyeva əsəbiləşib və yaşadıqları yataqxananın dəhlizində qolunu şüşə ilə kəsib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.