Sumqayıtdakı “Bəyaz” şadlıq sarayında iftar süfrəsi açılıb. Bu barədə Sumqayıt24 xəbər verir.
Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə icra başçısı Malik İsaqov, Milli məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Hüquq mühafizə orqanları, RİH-nin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid və aztəminatlı ailələrin üzvləri, qazilər iştirak ediblər.
Burada “Qurani-Kərim”dən ayələr, Ramazan duaları oxunub, müqəddəs ayın fəzilətlərindən məlumat verilib.