8 yaşlı Tunarın anası İlhamə Mirqafarova açıqlama verib. Sumqayıt24 bu haqda 17 iyul tarixində Den.az-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Tunar atasız uşaqdır və tək onun himayəsində böyüyüb. İlk əvvəl Xızı rayonunda yaşayıblar. Çobanlıqla, itlərin, quzuların arasında böyüyüb.
Sonradan ana-bala Stansiya Sumqayıtda məskunlaşıblar. Hadisə isə iyulun 8-də başa verib. Uşaq həyətdəki itə çubuqla hücum edib. Nəticədə it onun baş nahiyəsindən dişləyib. Ancaq onun məlum videodakı əlamətləri quduzluqla əlaqəli deyil. Tunar uşaqlıqdan evdə qabdan it-pişik kimi yemək yeyir.