Sumqayıtda quşçuluq fermasında yanğın baş verib. Bu barədə 27 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Hazırda fəaliyyət göstərməyən fermanın ərazisində tikintisi başa çatmayan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları 30 kv.m sahədə yanıb. Alov FHN-in bölmələri tərəfindən söndürülüb.