Sumqayıtda “Karyera məsləhətçiləri ilkin rekruter (recruiter) – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində görüş baş tutub. Sumqayıt24 bu haqda 14 sentyabr tarixində xəbər verir.
Layihə Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərlə karyera məsləhətçiləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyinin İşsiz şəxslərlə iş Departamentinin əməkdaşları, Abşeron-Xızı Regional Məşğulluq filialının rəhbərliyi, işsiz şəxslərlə iş, təhlil və tərəfdaşlarla iş şöbələrinin əməkdaşları, “Baku Steel Company” QSC-nin (BSC) nümayəndə heyəti iştirak ediblər.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb.