Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyasının şagirdləri intellektual oyunlarda uğurla çıxış ediblər. Bu haqda 9 noyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Elm və Təhsil Nazirliyi və “Kapital Bank”ın dəstəyi ilə 10-11-ci siniflər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika Çempionatının Final turu və "Xəmsə" intellektual oyunu üzrə Respublika kuboku keçirilib.
36 komandanın iştirak etdiyi oyunda təhsil müəssisəni təmsil edən "Dahilər" komandası 3-cü yeri, "Xəmsə" oyununda isə 1-ci yeri tutub.