Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Sumqayıt24 bu haqda 31 iyul tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 1-də mülayim şimal-qərb küləyi əsəcək. Şimal çimərliklərində, yəni Sumqayıt və Novxanıda dəniz suyunun temperaturu 25-26 dərəcə olacaq.