Abşeron çimərliklərində külək əsəcək. Sumqayıt24 bu haqda 24 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 25-də şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Sumqayıt və Novxanıda dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək.
Həmçinin yarımadanın bəzi yerlərində qısamüddətli leysan yağması ehtimalı var.