Sumqayıtda həftəsonu gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda 15 iyul tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Havanın temperaturu 26-30° isti olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Sumqayıt və Novxanı çimərliklərində 26-28° isti olacaq.