Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 26-da mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 20-25°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% təşkil edəcək.