Sumqayıt şəhər 23 nömrəli məktəbinin şagirdləri müsabiqədə fərqləniblər. Bu haqda 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Elm və Təhsil Nazirliyi, eləcə də "Azercell Telekom" MMC-nin birgə təşkilatçılığı ilə "Azercell Cup" informatika və proqramlaşdırma müsabiqəsi baş tutub.
Tədris ocağının şagirdləri – Nəsir Bəşirov qızıl medala, Anar Hasilov, Muhammedali Əhmədov və Fikrət Əsədzadə isə gümüş medala layiq görülüblər. Məktəblilər medal, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.