Sumqayıtda “Əsrin bəlası olan narkomaniyaya qarşı birgə mübarizə aparaq” adlı görüş keçirilib. Sumqayıt24 bu haqda 16 mart tarixində xəbər verir.
Tədbir M. Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada təşkil olunub. 3-cü Polis Bölməsinin rəisi, mayor Xalid Günəşov, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar, kapitan Şahsuvar Rzayev və baş leytenant Aqşin Məmmədov şagirdlərlə profilaktik və izahedici söhbətlər aparıblar.