Sumqayıtın icra basçısı Zakir Fərəcov şəhid övladı ilə görüşüb. Bu haqda 8 sentyabr tarixində Sumqayı24 xəbər verir.
Şəhər rəhbəri “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclunu tələbə adını qazanması münasibətilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb.
Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və Nihad Oruclu səmimi görüşə və göstərilən diqqətə görə şəhər rəhbərinə təşəkkürlərini bildiriblər.
Sonda Nihad Orucluya hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.