Sumqayıtın icra başçısı Zakir Fərəcov növbəti səyyar görüş keçirib. Bu haqda 11 sentyabr tarixində Sumqayıt24 ŞİH-yə istinadən məlumat verir.
Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən şəhər rəhbəri qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.