Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov vətəndaş qəbulu keçirib. Bu haqda 28 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 13-cü mikrorayonunda təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbəri iştirak ediblər. Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib. Şəhər rəhbəri səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.