Sumqayıtın çıxışında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 21 dekabr tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Ötən gün "Mercedes” və "Chevrolet” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xanım sərnişin xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.