Sumqayıtda sahibsiz itlərə qarşı işgəncə davam edir. Bu haqda 26 iyul tarixində Sumqayıt24-ə izləyicidən məlumat daxil olub.
Bu hal “Esmira” şadlıq sarayının yaxınlığında qeydə alınıb. Ərazidə dərisi soyulmuş küçə itin leşi aşkarlanıb.
“İtin dərisini soyublar, işgəncə ilə öldürüblər. Olmaz axı belə. Artıq neçənci dəfədir belə halda itləri görürəm. Gah itləri zəhərləyirlər, gah da işgəncə ilə öldürürlər. Dilsiz-ağızsız heyvanlardan ne istəyirsiniz?”, - deyə sakin bildirib.
Xatırladaq ki, redaksiyamız dəfələrlə sahibsiz heyvanlara qarşı amansız rəftar hallarını işıqlandırıb.