Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında küçə baxımsız vəziyyətdədir. Bu haqda 18 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu hal Süleyman Tağızadə küçəsində müşahidə olunur. Yolun hərəkət hissəsində müxləlif dərinlikdə çökəkliklər var.
Sakinlərin sözlərinə görə, çalalar yağışlardan sonra bir neçə gün su ilə dolmuş vəziyyətdə qalır. Yolun istifadəsində çətinlik yaradır. Eləcə də nəqliyyat vasitələrinə mütəmadi olaraq maddi ziyan dəyir.
Qeyd edək ki, küçədə Vətən müharibəsi şəhidi Asiman Allahverdiyevin ailəsi yaşayır. Allahverdiyev Füzuli şəhərinə daxil olan ilk kəşfiyyatçılardan biri olub. Ölümündən sonra “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.