top
Şəhid anasının əlilliyi niyə ləğv edilib?
15 noyabr 2023, 04:38
- ↺ +

Şəhid anasının əlilliyi niyə ləğv edilib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəhid anasının təyin edilmiş müddətsiz əlilliyi ləğv olunub. Sumqayıt24 bu haqda 15 noyabr tarixində Oxu.az-a istinadən xəbər verir.

Şəhid Elvin İsmayılovun atası Arif İsmayılov qeyd edib ki, xanımı Sevil İsmayılova Talassemiya Mərkəzində talassemiya daşıyıcısı kimi qeydiyyatdadır:

“2017-ci ildə onun talassemiya daşıyıcısı olduğu müəyyənləşib. O vaxtdan indiyə qədər mütəmadi müalicə alır, müayinələrdən keçir, dərmanlar qəbul edir. Bakıya gediş-gəliş çətin olduğuna görə müalicələrini Talassemiya Mərkəzində deyil, Sumqayıtda davam etdirib.

Sevil xanımın xəstəliyinə görə ona müddətsiz əlillik təyin edilib. Lakin sonradan bu ləğv edildi. Həyat yoldaşımın qan dəyərləri aşağıdır, xəstəlik üzündən əmək qabiliyyətini itirib. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, şəhid anasının əlilliyi bərpa edilməyib.

Açığını deyim ki, bu məsələnin təqaüd tərəfi bizim üçün həyati vacib məqam da deyil. Gözümüzün ağı-qarası, illər sonra dünyaya gələn yeganə oğlumuzu şəhid vermişik. Dünyamız o idi, dünya malında gözümüz yoxdur. Amma şəhidin anasına bu cür diqqətsiz yanaşılması, əmək qabiliyyəti olmadığı halda əsassız yerə əlilliyinin geri alınması bizi incitdi. Hansı qapıya getsək, ümumi sözlərlə yola saldılar, kimsə şəhid ailəsi olmağımızla maraqlanmadı. Dərdimizi kimə deyək?”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Sevil İsmayılovanın əlilliyini agentlik ləğv etməyib:

“Sumqayıt şəhər sakini Sevil Şirəliyevaya (İsmayılova) 2017-ci ildə II dərəcə (müddətsiz) əlillik təyin edilib. Lakin 22 dekabr 2020-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktubla vətəndaş barədə məlumatların “Talassemiya xəstəliyi” üzrə reyestrdə aşkarlanmadığı barədə məlumat verilib. Bu səbəbdən şəhid anasının əlilliyi etibarsız hesab edilib.

Nəzərinizə çatdıraq ki, S. Şirəliyeva cari ilin avqust ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbul edilib. Ona əlilliyinin yenidən qiymətləndirilməsi üçün diaqnozu ilə bağlı ixtisaslaşmış tibb müəssisəsinin yenilənmiş rəyini təqdim etməsi tövsiyə olunub. Rəy təqdim edildiyi halda agentlik tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra vətəndaşın əlilliyi ilə bağlı qanunvericiliyə uyğun qərar veriləcək”.

Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Sığorta və Xəstə Xidmətləri Şöbəsinin müdiri Könül Məmmədova isə Sevil İsmayılovanın 29 avqust 2023-cü ildə Talassemiya bölməsinə müraciət etdiyini diqqətə çatdırıb:

“O, həkim-hematoloq qəbulunda olub, talassemiya əlamətlərinin müəyyən edilməsi ilə bağlı laborator müayinədən keçib. Müayinələrin nəticəsi olaraq, onda talassemiya daşıyıcılığı təsdiqlənib.

Sevil İsmayılova növbəti dəfə cari ilin oktyabr ayının 9-da icbari sığorta üzrə müvafiq göndərişlə yenidən mərkəzə müraciət edib.

Vətəndaş istəyindən asılı olaraq, ambulator kartından çıxarış ala və sahə poliklinikasına müraciət edə bilər.

Qeyd edək ki, əlillik dərəcəsinin təyin olunması məqsədilə müvafiq qaydalara əsasən, talassemiya daşıyıcıları deyil, yalnız talassemiya xəstələri reyestrə salına bilər”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər