top
Şəhid dəfnində gülən iş adamı: “Hər kəs insandır…”
22 sentyabr 2023, 04:36
- ↺ +

Şəhid dəfnində gülən iş adamı: “Hər kəs insandır…”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq əyilən, sonra isə gülən iş adamın görüntüləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bu haqda 22 sentyabr tarixində Sumqayıt24 məlumat verir.

Söhbət "Qartal" tikinti şirkətinin sahibi, iş adamı Şahin Məmmədovdan gedir. Bizim.Media-ya açıqlama verən iş adamı sözügedən görüntünün qərəzli olaraq çəkildiyini bildirib:

“Orada açıq-aydın görünür ki, yaylım atəşi açılanda mən diksinirəm. Çünki mən bundan xəbərsiz idim. Diksinəndə isə yanımdakılar dedilər: “Sən niyə qorxdun?”. Yanımdakı şəxs isə Sumqayıt Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan Neft və Sənaye Universitetinin prorektorudur.

Gülüşə səbəb olan məsələ mənim niyə qorxmağım oldu. Hər kəs insandır. Siz də, bir başqası da diksinə bilərdi. Mən qazi və şəhid ailələrinə Vətən müharibəsindən sonra 300 min manat pul ödəmişəm. Görün, necə vicdansızdırlar ki, mənim kimi bir adamı bu cür qələmə veriblər. O fotonu çəkən Sumqayıtda yaşayan Əfsanə adlı bir qadındır. Tanıyıram.

O, vaxtilə məndən gəlib mebel istədi. Mən də bildirdim ki, 4 şəhidə mebel vermişəm, gedib başqa yerə müraciət etsin. Mebel vermədiyim üçün o xanım o fotonu yayıb. Onu çəkən normal adam olsaydı, diqqətini elə şəhidə yönəldərdi, Şahini niyə güdür? Aydın məsələdir ki, bu, qərəzli bir çəkilişdir”.

Şahin Məmmədov sosial şəbəkələrdə barəsində yazılanları da tənqid edib:

“Həmin fotoya baxanda hiss olunur ki, bu, düşmənçilik məqsədilə çəkilib. Mən Sumqayıtda Şəhid Əlaqələndirmə Mərkəzinin üzvüyəm və hamı bilir ki, neçə şəhidin həyətinə hasar çəkmişəm. 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuş Vidadi Zalovun evinin tikilməsinə 9 min manat xərc çəkdim ki, onun qızı atasının xatirəsi ilə rahat yaşasın. Belə bir insanı ifşa etmək?

Xaricdə bir xeyriyyəçi olur, hamıya kömək edir. Sonra pulu bitir və yardım edə bilmir. Ona görə də onu öldürürlər. İndi həmin pozisiyada mənəm. 30 nəfər qazinin hərəsinin bank kartına ayda 300 manat pul köçürürüəm. Kim edib Azərbaycanda bunu? İkinci bir adam tapın, görək, edən var?

Ayda şəxsi pulumun 9 min manatını işləmək qabiliyyəti olmayan qazilərə ödəyirəm. Təbii ki, bunları demək doğru deyil. Amma insanın da etdiklərinə qiymət verməyəndə, yaxşı olmur. Bu yardımları kimlərinsə xahişi və ya arzusu ilə etmirəm. İçimdən gəldiyi üçün edirəm”.

İş adamı onu ifşa edənlərlə bağlı hüquqi addım atıb-atmayacağı ilə bağlı məsələyə də münasibət bildirib:

“Mən heç bir addım atmaq niyyətində deyiləm. Bunu edən insan o səviyyənin yiyəsi deyil ki, onunla dialoqa gedəsən. Mən onunla nə danışım? Onun nəyini məhkəməyə verim? Yəni özümü onun səviyyəsinə endirmək niyyətində deyiləm”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər