Saray qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib. Bu haqda 13 iyul tarixində Sumqayıt24 Bakıvaxt.az-a istinadən məlumat verir.
Qəsəbədə yerləşən küçələrin biri şəhid Elnur Allahverdizadənin adını daşıyır.
Qeyd edək ki, Elnur Alllahverdizadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.