G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtın bir sıra təhsil işçiləri döş nişanlarına layiq görülüblər. Sumqayıt24 bu haqda 11 oktyabr tarixində xəbər verir.
Elm və Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" mükafatı ilə aşağıdakı təhsil işçiləri mükafatlandırılıblar:
- Şəhid baş leytenant Hüseyn Nəcəfzadənin anası, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Könül Nəcəfova;
- Sumqayıt şəhər 35 nömrəli məktəbinin biologiya müəllimi Mehri Əliyeva;
- Sumqayıt şəhər 23 nömrəli məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Şivəxanlı;
- Sumqayıt şəhər Humanitar və Təbiət Riyaziyyat təmayüllü İstedad liseyinin riyaziyyat müəllimi Qulu Şalanov;
- Sumqayıt şəhər 1 nömrəli məktəbinin rus dili müəllimi Aygün Süleymanova;
- Sumqayıt şəhər 31 nömrəli məktəbinin ibtidai sinif müəllimi Sona Məmmədova.