Sumqayıtlı şəhid Samir Nadirovun doğum günüdür. O, 16 avqust 1992-ci ildə dünyaya gəlib.
Kiçik çavuş Samir Nadirov Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə Samir Nadirov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.