Sumqayıtda şəhid Zamin Abbasovun yas mərasimi keçiriləcək. Bu haqda 25 sentyabr tarixində Sumqayıt24 “Facebook” sosial şəbəkəsinə istinadən məlumat verir.
Şəhidin 3 və 7 mərasimi “Şəfa” Mərasim Evində təşkil olunacaq. Anım tədbiri sentyabrın 27-də baş tutacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, baş leytenant Zamin sentyabrın 19-dan başlayan, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.