Sumqayıtlı şəhid Mehman Yusifovun övladı doğum günündə sevindirilib. Sumqayıt24 bu haqda 15 sentyabr tarixində xəbər verir.
Ailəyə mənəvi dəstək məqsədilə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Fatimə Yusifovanın 12-ci doğum günü münasibətilə şəhidin xanımının hesabına 150 manat köçürüb. Anası tərəfindən uşağa tort və hədiyyələr alınıb.