“Kimyaçı” Mədəniyyət Mərkəzində qısametrajlı “Missiya” filminin təqdimatı keçirilib. Sumqayıt24 bu haqda 25 sentyabr tarixində xəbər verir.
Şəhidlərin xatirəsinə həsr edilən filmin təqdimatı “Şəhid analarına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfərin şahinləri – şəhidlər qonaq gəlib” layihəsi çərçivəsində baş tutub.
Çıxışçılar şəhidlərimizin yaddaşlardan heç vaxt silinməyəcəyini bildiriblər.