Sumqayıt 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində maarifləndirici tədbir keçirilib. Bu haqda 27 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Tibb ocağının ailə həkimi-pediatrı Günay Əhmədova "Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti" mövzusunda təqdimatla çıxış edib.
Gənc anaların iştirak etdiyi yığıncaqda həkim ana südünün əhəmiyyətindən geniş söhbət açıb. Sonda valideynlərin sualları cavablandırıb.