Sumqayıtda tikinti işləri insanları təngə gətirib. Sumqayıt24 bu haqda 28 sentyabr tarixində xəbər verir.
Bulvar yaxınlığında yaşayan şikayətçilərdən biri problemi lentə alıb. Onun sözlərinə görə, iki gün ard-arda gecə saatlarında ərazidə tikinti dayanmır:
“Gecədən səhərə qədər betontökmə işləri aparılır. Hansı qurumlar nəzarət etməlidir buna? Bulvarla üzbəüz yaşayış kompleksləri yerləşir. Camaatı yatmağa qoymurlar”.