Sumqayıtda sakinlər zavoddan çıxan qara tüstü burumlarına görə narahatdırlar. Bu haqda 31 avqust tarixində Sumqayıt24 məlumat verir.
Söhbət “Azərikimya” İstehsalat Birliyinin (İB) Etilen-Polietilen Zavodundan gedir. Sakinlərin sözlərinə görə, bu hal 2 gündən çox davam edir.
“Ətrafa pis qoxu yayılır. Pəncərələri aça bilmirik. Hər dəfə eyni vəziyyət olur. Tüstüdən xəstəlik tapacağıq axırda. Ekologiya nazirliyi hara baxır?”, – deyə sakinlər söyləyiblər.