Novxanı qəsəbəsində yerləşən çimərlikdə avtomobillər sahil zolağı ilə hərəkət edirlər. Bu haqda 18 avqust tarixində Sumqayıt24 “saleh.nasirov” İnstagram səhifəsinə istinadən məlumat verir.
Bir sıra çimərlik ərazilərində nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq məqsədilə maneələr düzülüb. Bəzi sürücülər isə bu qadağaya məhəl qoymayaraq, avtomobilləri çimərlik zonasında idarə edirlər.
“Uşaqları dəniz kənarına buraxmağa qorxuruq. Normal istirahət edə bilmirik. Maşınların istirahət zonasına girişi qadağan olunmalıdır”, – deyə sakinlər bildiriblər.