Bakı-Sumqayıt yolunda qorxulu anlar yaşanıb. Sumqayıt24 bu haqda 17 iyul tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə iyulun 16-da Saray postunun qarşısında baş verib. Belə ki, 99-EK-073 qeydiyyat nişanlı “Mercedes”in sürücüsü arxadan gələn nəqliyyat vasitələrinə məhəl qoymadan sola dönmə manevrinə başlayıb. Xoşbəxtlikdən yüksək sürətlə gələn “Toyota” markalı avtomobilin sürücüsü son anda əyləci sıxa bilib.