Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəzanın təfərrüatları açıqlanıb. Sumqayıt24 bu haqda 1 avqust tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə iyulun 31-də saat 14:00 radələrində Saray qəsəbəsi ərazisində baş verib. Qobu qəsəbə sakini T. Səmədovun idarə etdiyi “Ford” markalı yük və Quba sakini T. İbrahimovun “Range Rover” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Ford” markalı avtomobil aşıb və sərnişin E. Həzrətquliyev ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.