Sumqayıt Dövlət Universitetində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib. Bu haqda 17 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə reallaşıb. Çıxış edən dekan kollektivi əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. Daha sonra tələbələrin ifalarında müstəqilliyimizə həsr olunan şeirlər səsləndirilib, qəhrəmanlığı, vətənpərvərliyi və müstəqilliyimizi tərənnüm edən mahnılar ifa olunub.