Sumqayıt Dövlət Universitetində (SDU) “İnsan Kapitalı: Reallıqlar və Problemlər” adlı dəyirmi masa keçirilib. Bu haqda 11 iyul tarixində Sumqayıt24 xəbər verir.
Dayanıqlı İnkişaf Mərkəzi tərəfindən davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etmək məqsədilə təşkil olunan tədbirdə insan kapitalı anlayışı, onun problemləri və inkişaf perspektivləri müzakirə olunub. Əsas məruzəçi, SDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin dosenti Şəfiqə Məmmədova Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “2030 Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi milli məqsədlər üçün 17 əsas məqsəd və 169 hədəfi əks etdirir.
Daha sonra Ş. Məmmədova DİM-in III və IV istiqamətləri haqqında geniş məlumat verib. Dəyirmi masada mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.