Azərbaycanda 13.286 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Sumqayıt24 bu haqda 21 iyul tarixində xəbər verir.
Müsabiqənin nəticələrinə əsasən, bir sıra digər təhsil ocağı ilə yanaşı, Sumqayıt Dövlət Universitetində də plan yerləri tam dolub.
Magistraturaya qəbul olmuş şəxslər 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.