Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti beynəlxalq müsabiqənin qalibi olub. Sumqayıt24 bu haqda 13 dekabr tarixində xəbər verir.
Tatarıstan Respublikası Təhsil və Elm Nazirliyi “Alqarış” qrant layihəsini həyata keçirir. SDU-nun Fizika və elektroenergetika fakültəsinin Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Xəyalə Əliquliyeva sözügedən layihəni qazanıb.
O, 2-9 dekabr tarixlərində “Elektroenergetika üçün yeni perspektiv materiallar” proqramı ilə Kazan Dövlət Energetika Universitetinin Sənaye Elektronikası kafedrasının 3-cü və 4-cü kurs tələbələrinə mühazirələr oxuyub, praktiki-laboratoriya dərsləri aparıb.