Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti “Azərtexnolayn” MMC-də olub. Bu haqda 28 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Ziyarət çərçivəsində SDU-nun rektoru Rüfət Əzizov və universitet rəhbərliyi idarəetmə personalı, həmçinin baş direktor Vüqar İzzətli ilə istehsal prosesini izləyərək əməkdaşlarla söhbət ediblər.
Görüşdə, həmçinin universitetin 4-cü kurs tələbələrinin bir qisminin istehsal təcrübələrini müəssisədə keçmək, müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, yeni tədris proqramlarının yazılması və praktikyönümlü əməkdaşlığın vacibliyi vurğulanıb.