Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri “Qələbə qaçışı” xeyriyyə yürüşünə qoşulublar. Sumqayıt24 bu haqda 13 noyabr tarixində xəbər verir.
Tədbir Dənizkənarı Milli Parkda keçirilib və Vətən müharibəsindəki Zəfərə həsr olunub. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edib. Finişə ilk çatan iştirakçılar qalib elan ediliblər.