Sumqayıt Dövlət Universitetinin (SDU) yeni rektoru Rüfət Əzizov kollektivə təqdim olunub. Bu haqda 14 sentyabr tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
İlk əvvəl elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdimatda iştirak edənlərin şəxsində universitetin kollektivini yeni tədris ili münasibətilə təbrik edib. Daha sonra Prezidentin müvafiq sərəncamları barədə məlumat verilib.
Çıxışını Rüfət Əzizovun yeni vəzifəyə təyin olunması istiqamətində davam edən nazir müavini sabiq rektor Elxan Hüseynovun pedaqoji, elmi, habelə diplomatik fəaliyyətindən danışıb.
Çıxış üçün söz alan professor Elxan Hüseynov özünün və universitetin onunla birgə fəaliyyətinə verilən qiymətə görə təşəkkür edib, yeni təyin olunan rektor Rüfət Əzizova uğurlar arzulayıb.