SOCAR-ın Sumqayıt təlim-tədris mərkəzində imtahanlar keçirilib. Sumqayıt24 bu haqda 19 dekabr tarixində xəbər verir.
“Yeni fəhlə kadrlarının hazırlanması” proqramı əsasında təhsilalanlar üçün yekun praktiki (peşə-sınaq) imtahanlar Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzi tərəfindən təşkil olunub.
Burada SOCAR-ın Baş ofisin İnsan kapitalının inkişafı və funksional mükəmməllik Departamenti və sifarişçi təşkilatların nümayəndələri, həmçinin nəzəri biliklərini və praktik bacarıqlarını göstərən şagirdlər iştirak ediblər.