"SOCAR Polymer" MMC-nin ixrac gəlirlərini çoxaldıb. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Cari ilin ilk 3 rübü ərzində şirkət məhsul ixracını ötən ilin analoji dövrü ilə müqayisədə 63 faiz artırıb. MMC-nin ixracı 231,6 milyon ABŞ dolları olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 85,3 milyon dollar çoxdur.
Qeyd edək ki, "SOCAR Polymer" MMC dövlət şirkətləri tərəfindən ixrac edilən qeyri-neft məhsullarının dəyərinə görə, ilk onluqda – üçüncü yerdədir.