Sumqayıt Tibb Mərkəzində (STM) təmizlik aksiyası keçirilib. Bu haqda 30 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
İməcilik aksiyası tibb ocağının həyətyanı sahəsində təşkil olunub. Texniki dəstək xidmətləri şöbəsinin əməkdaşları ərazidə təmizlik və dezinfeksiya işləri görüblər. Ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, dibləri bellənib və digər tədbirlər həyata keçirilib.