Sumqayıt Tibb Mərkəzi yeni layihəyə start verir. Bu haqda 9 oktyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
iLayihə çərçivəsində Tibb Mərkəzinin Facebook səhifəsi üzərindən canlı yayımlar təşkil ediləcək. Yayımlarda qonaq qismində çıxış edən səhiyyə işçiləri STM-in əhaliyə göstərdiyi xidmətlərdən, eləcə də müxtəlif xəstəliklərin müayinə və müalicəsindən danışacaq, izləyiciləri maraqlandıran sualları cavablandıracaqlar.
İlk efir 10 oktyabr saat 14:00-da keçiriləcək. Qonaq olaraq Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Əməkdar həkim, Sumqayıtın baş infeksionisti Sehri Babayev olacaq.
Burada payız-qış mövsümündə əhali arasında daha çox yayılan mövsümi respirator xəstəliklərdən, müalicə üsullarından və profilaktik tədbirlərdən bəhs olunacaq.