Sumqayıt Tibb Mərkəzinin (STM) direktor müavini ll Milli Pediatriya Konqresində iştirak edib. Bu haqda 18 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Bakıda təşkil olunan tədbirdə STM-in direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli təqdimatla çıxış edib. O, Sumqayıt Perinatal Mərkəzinin vaxtından əvvəl doğulmuş və az çəkili körpələrin bəslənməsinə dair siyasətini və statistik analizini təqdim edib.