Sumqayıt Tibb Mərkəzinin (STM) müdiri Səkinə Sadıxova tibb ocağının anbarına baxış keçirib. Bu haqda 13 noyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Direktor Mərkəzi anbarın işi ilə tanış olub, təchizatla maraqlanıb. Onu direktor müavini Gəray Abbasov və müvafiq şöbə müdirləri müşayiət ediblər. İşçi heyəti ilə həmsöhbət olan S. Sadıxova müvafiq tapşırıqlarını verib.